
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Dinamo” hücumçu axtarışındadır.
Sportinfo.az “Ekipa” portalına istinadən xəbər verir ki, “Koper”in hücumçusu Lamin Kolli Zaqreb klubunun maraq dairəsindədi.
Sloveniya mətbuatının yazdığına görə “Dinamo” Kollini transfer etmək üçün hazırki forvardlarının birindən imtina etməli olacaq:
“Hazırda Bruno Petkoviç, Komnen Andriç, Mahir Emreli, Deni Yuriç və Mislav Orşiç hücum xəttində yer alıb. Məhz bu oyunçular hücumda oynaya bilir.
“Dinamo” Kolli üçün klubuna yarım milyon avro və Andriç və ya Yuriçi 1 illik icarəyə verəcəyi iddia edilir".
Qambiyalı forvard 2021-ci ildən “Koper”də oynayır.