“Qurban Qurbanova kimi klub rəhbərləri yerli məşqçilərə inanmırdılar”

14 Yanvar 2022 13:00 Araşdırma 813
“Qurban Qurbanova kimi klub rəhbərləri yerli məşqçilərə inanmırdılar”

“Qurban Qurbanov “Qarabağ”da uğur qazanana kimi klub rəhbərləri yerli məşqçilərə inanmırdılar”

Bu sözləri “Sportinfo TV"nin "Youtube" layihəsi - "Futbol söhbəti"nə qonaq olan “Sumqayıt“ın sabiq baş məşqçisi Ayxan Abbasov deyib.

Tanınmış telejurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə Premyer Liqada çalışan həmkarları haqda danışan müsahib maraqlı tendensiyadan söz açıb:

“Əvvəllər çempionatda 14-16 komanda mübarizə aparırdısa, onun 10-12-si əcnəbi baş məşqçiyə tapşırılırdı.

Həmin vaxt azərbaycanlı məşqçilərin sayı az idi, digər tərəfdən isə onlara inam o qədər deyildi. Klub rəhbərləri onlarla yaxşı nəticələr qazanacaqlarına ümid etmirdilər.

Ona görə də hamı gedib kənardan məşqçi gətirirdi. Bu vəziyyət Qurban Qurbanovun sayəsində dəyişdi.

O, “Qarabağ”la avrokuboklarda gözəl nəticələr əldə etməyə başlayandan sonra azərbaycanlı məşqçilər barədə pessimit düşüncələr yavaş-yavaş aradan qalxdı.

Qurban müəllim avrokuboklarda uğur əldə edən vaxt Azərbaycanda “Qarabağ”dan imkanlı klublar çox idi. Onlar gətirdikləri əcnəbi məşqçiyə qat-qat artıq büdcə vermişdilər, ancaq Avropada nəticə qazana bilmirdilər.

Hətta yadıma gəlir, “Muğan” və “Rəvan “kimi yeni yaranmış klublar Bosniyadan məşqçi dəvət etmişdilər. Mən hələ “Neftçi”ni, “İnter”i, “Bakı”nı, “Xəzər Lənkəran”ı və başqalarını demirəm.

Xarici məşqçilərin gəlişi hələ o demək deyil ki, o, bizimkilərdən güclüdür və mütləq yaxşı nətioə qazana biləcək. Yenə yaşayıb görərik”.

Digər Xəbərlər
Xəbər Lenti