“Neftçi” və “Qarabağ” niyə AFFA-nın qəzəbinə tuş gəldi?

26 Noyabr 2021 14:00 Araşdırma 916
“Neftçi” və “Qarabağ” niyə AFFA-nın qəzəbinə tuş gəldi?

AFFA İntizam Komitəsi "Qarabağ" və "Neftçi" klublarını cərimə edib.

Sportinfo.az xəbər verir ki, səbəb kimi hər iki komandanın Azərbaycan Premyer Liqasının XI turunda keçirdiyi ev oyunlarında azarkeşlərin davranışları göstərilib.

"Qarabağ"ın "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmadan sonra meydana fanat daxil olub. Bu səbəbdən, Ağdam təmsilçisi 1600 manat cərimələnib.

Eyni hal "Neftçi"nin "Sabah"a 1:2 hesabı ilə uduzduğu görüşdə də təkrarlanıb.

Oyun zamanı isə flaqman fanatları meydana kənar əşyalar atıblar. Nəticədə "ağ-qaralar" hər iki olayla əlaqədar ümumilikdə 3200 manat ziyana düşüblər.

Digər Xəbərlər
Xəbər Lenti