“Düzü, bilmirəm ki, onlar oyundan sonra hansı vəziyyətdə olurlar”

18 Oktyabr 2021 22:00 Araşdırma 529
“Düzü, bilmirəm ki, onlar oyundan sonra hansı vəziyyətdə olurlar”

FİFA-nın qlobal futbolun inkişafı departamentinin rəhbəri Arsen Venger hakimlərlə bağlı ideya irəli sürüb.

Sportinfo.az xəbər verir ki, “Arsenal”ın sabiq baş məşqçisi hakimlərin də oyundan sonra mətbuat konfransı keçirməli olduqlarını bildirib:

“Əgər oyundan sonra hakimlərin nəyi isə izah etmək imkanı olsaydı, onda fikir ayrılığı yaranmazdı. Üstəlik, hər kəsin gördüyü epizodların geniş müzakirəsi də dayanardı.

Biz belə məqamlarda hakimlərə dəstək olmalıyıq. Amma düzü, bilmirəm ki, onlar qarşılaşmadan sonra hansı vəziyyətdə olurlar.

Belə vəziyyətdə mətbuat konfransı keçirməyə hazırdırlar, ya yox”.

Venger FİFA-da 2019-cu ildən çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?