"Neftçi" və "Qarabağ"ın Portuqaliya "bazar”ına üz tutmasına səbəb nədir?

12 İyul 2021 22:20 Araşdırma 2 054
"Neftçi" və "Qarabağ"ın Portuqaliya "bazar”ına üz tutmasına səbəb nədir?

Azərbaycan klubları bu yay “transfer pəncərəsi”ndə Portuqaliya “bazar”ına üz tutub.

"Neftçi" "Eştoril"dən Harramiz Soaresi və Huqo Bastonu transfer edib.

"Qarabağ" isə "Vilafranquense"dən Kadi Borqesi heyətinə qatıb. Ağdam təmsilçisi digər Portuqaliya təmsilçisi "Vitoriya"nın hücumçusu Abdul-Aziz Yakubunun transferindən isə son anda vaz keçib.

Görəsən, klublarımızın Portuqaliyaya üstünlük verməsinin səbəbi nədir?

Sualımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında menecer Vaqif Heydərli bunları deyib.

"Portuqaliya ikinci liqası Belçika, Hollandiya və Danimarka kimi ölkələrin ikinci liqalarından daha səviyyəlidir.

Hətta mən deyərdim ki, futbol olaraq İspaniya Sequndası ilə rəqabət apara biləcək çempionatdır.

Amma məvacib olaraq bizim bazara çox uyğundur. Məncə, "Neftçi" və "Qarabağ"ın bu addımını doğru qiymətləndirmək olar".

"Klublarımızın yaxşı futbolçu üçün başqa hansı ölkələrə üz tutmasını uyğun sayırsınız?" sualını isə Heydərli belə cavablandırıb:

"Cənubi Amerika və Afrika bazarına üz tutmaları da münasib olar. Ancaq ora böyük klublar və ya bizdən öndə olan ölkələrin klubları o qədər diqqət edirlər ki, biz orda rəqabət apara bilmirik.

Sadəcə təklif olunana baxırıq. Heç kim gedib yerində oyunçu izləyə bilmir. Məşqçilərimiz daha çox hazır olan futbolçu axtarırlar.

Kiməsə keyfiyyəti olan, amma 2-3 ay oynamayan futbolçu təklif edəndə baxmır. Hazır oyunçunun da qiyməti yüksək və tələbat çox olur"

O, "Neftçi" və "Qarabağ"ın Portuqaliyadan etdiyi transferlərlə bağlı fikir bildirməyin tez olduğunu deytib: "Bu barədə indidən nəsə demək peşəkar yanaşma olmaz.

Gəldikləri bir ay deyil. Amma bəzi məqamlar var ki, futbolu bildiklərini göstərirlər.

Futbol dili ilə desək klasları var. Amma daha geniş fikir bildirmək üçün zamana ehtiyac var".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"