Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi haqda qanun dəyişdirilir

6 May 2021 15:30 Araşdırma 548
Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi haqda qanun dəyişdirilir

“Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna dəyişiklik edilir.

Sportinfo.az xəbər verir ki, yeni dəyişiklikdə Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adlarının küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi təklif edilir.

Belə ki, Azərbaycanın Milli Qəhrəmanlarının, Sovet İttifaqı Qəhrəmanlarının və onlara bərabər tutulanlar, uğrunda döyüşlərə görə ordenlə təltif olunanlarla yanaşı, Vətən müharibəsi qəhrəmanlarının adları da küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu