Məhkəmə Avropa çempionuna hökm oxudu - 3 il 6 ay həbs

3 May 2021 19:20 Araşdırma 1 396
Məhkəmə Avropa çempionuna hökm oxudu - 3 il 6 ay həbs

Qarışıq döyüş növləri (MMA) üzrə Avropa çempionu Səid Məmmədzadə növbəti dəfə hakim qarşısına çıxarılıb.

Sportinfo.az xəbər verir ki, Xətai rayon Məhkəməsinin hökmü ilə Səid Məmmədzadə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Məmmədzadə Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah qismində əşyadan istifadə olunmaqla xuliqanlıq) maddəsilə təqsirli bilinib.

Məmmədzadə avtoyuma məntəqəsində Rüfət Məcidov adlı şəxslə mübahisə edib, ona bıçaqla xəsarət yetirib.

Hökmdən öncə son sözünü deyən Səid ittihamın saxta olduğunu, ona böhtan atıldığını bildirib. Sözlərinə görə, zərərçəkmiş qismində tanınan şəxsə nəinki bıçaqla xəsarət yetirməyib, ümumiyyətlə, ona əli dəyməyib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”