Ermənilər Qarabağda meyitlərini sayıb qurtara bilmir - Paşinyanı təkzib etdilər

7 Aprel 2021 09:00 Araşdırma 1 958
Ermənilər Qarabağda meyitlərini sayıb qurtara bilmir - Paşinyanı təkzib etdilər

Sportinfo.az xəbər verir ki, Ermənistan hələ də 44 günlük müharibədəki itkilərinin sayını tam dəqiqləşdirə bilməyib.

Ermənistanın Müdafiə Nazirliyindən medianın sorğusuna cavab olaraq bildirilib ki, 31 mart 2021-ci il tarixinə olan məlumata görə, Qarabağ müharibəsindəki itkilərin sayı 3049 olub.

Ancaq baş nazir Nikol Paşinyan 20 martda Araqatsotn vilayətindəki görüşündə demişdi ki, ölkəsi 3250 nəfər itki verib.

Onun sözlərinə görə, bundan əlavə, 189 valideyn DNK nümunəsinin cavabını gözləyir. Bununla da erməni mediası N.Paşinyanla Müdafiə Nazirliyinin açıqlamaları arasındakı ziddiyyətə diqqət çəkir.

Bildirilir ki, həlak olanların sayında 201 nəfərlik fərq yaranmış olur. Erməni mediası Səhiyyə Nazirliyinə göndərdiyi sorğunun cavabında öyrənib ki, 31 mart tarixinədək 3723 meyit və qalıqlar üzərində məhkəmə-tibb ekspertizası aparılıb. Hazırda isə 238 meyit və qalıqlar araşdırılır.

Qeyri-rəsmi məlumatlara görə, Ermənistanın itkiləri 4 mindən çoxdur. Buraya Qarabağdakı qondarma rejimin itkiləri daxil deyil.

Ermənistanın hərbi həkimi Vitali Dəmirçiyan Xankəndi şəhərindən İrəvana 7265 meyit yolladıqlarını demişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?