
Muay Tay Federasiyasının prezidenti Araz Musayev Türkiyədə bıçaqlanması ilə bağlı saxlanılanlar var.
Sportinfo.az bu barədə “Haber Türk”ə istinadən xəbər verir.
Telekanalın yaydığı məlumata görə, Antalyanın Kəmər bölgəsində baş verən hadisəyə görə 5 nəfər şübhəli bilinir.
Onlardan üçü özbəkistanlı, ikisi isə azərbaycanlıdır.
Qeyd olunur ki, hadisədən sonra qaçan şəxslər Antalya hava limanında saxlanılıb. Onlar qaçmazdan əvvəl şəhər mərkəzində bərbərə gedərək imiclərini və paltarlarını dəyişiblər.
O da bildirilir ki, şübhəli şəxslərdən biri hadisə axşamı Rusiya qaçmağa müvəffəq olub. Lakin o da Rusiyada hava limanında saxlanılıb.
Həmin şəxsin Türkiyəyə ekstradisiyası planlaşdırılır.
Telekanalın iddiasına görə, saxlanılan şəxslərdən biri millinin baş məşqçisidir.
“Teleqraf” isə söhbətin Azərbaycanın kikboksinq üzrə milli komandasının baş məşqçisi Elşən Abdulrəhimovdan getdiyini yazıb.