“Sabah” Çempionlar Liqasının əsas mərhələsinin qapısındadır.
Pley-offa qədər irəliləyən Azərbaycan çempionu ilk matçda Rumıniyada “Hapoel Beer Şeva”ya 1:2 hesabı ilə uduzmuşdu.
Aprelin 25-də isə Bakıda cavab qarşılaşması reallaşacaq.
Qonaqlar paytaxtımıza oyundan iki gün əvvəl, yəni bazar günü günortadan sonra təşrif buyuracaq. Komanda üzvləri birbaşa “Absheron Marriott” otelinə yollanıb istirahət edəcək. Yəni həmin günə məşq nəzərdə tutulmayıb.
Ertəsi, yəni avqustun 24-də saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında “Hapoel Beer Şeva”nın baş məşqçisi Ran Kojuk jurnalistlərin suallarını cavablandıracaq.
Bundan yarım saat sonra isə sözügedən arenada qonaq komandanın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olan oyunöncəsi son məşqi start götürəcək.
Avqustun 25-də Respublika stadionunda keçiriləcək cavab görüşü saat 20:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
