Dünyanın ən yaxşı qapıçılarının yeni siyahısı

27 Fevral 2021 02:24 Araşdırma 788
Dünyanın ən yaxşı qapıçılarının yeni siyahısı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı qapıçılarının yeni siyahısını dərc edib.

Sportinfo.az xəbər verir ki, araşdırma 1987 - 2020-ci illəri əhatə edib.

IFFHS 34 ildə hər mövsüm yüksək nəticə göstərən qapıçıları sıralayıb. Hər il "20-lik"də yer alan qapıçılar xallar toplayıb. Birinci yerin sahibi 20, ikinci yer 19, üçüncü yer isə 18 xal alıb. 20-ci yerdəki qolkiperə 1 xal verilib.

Siyahının ilk pilləsində hazırda "Yuventus"dan çıxış edən İtaliya yığmasının sabiq üzvü Canluici Buffon qərarlaşıb. 43 yaşlı qolkiperin aktivində 357 xal var.

İspaniya milisinin və "Real Madrid"in keçmiş kapitanı İker Kasilyas 260 xalla ikinci, Çexiya yığmasının sabiq üzvü Petr Çex isə 218 xalla üçüncü olub.

Niderlandlı Edvin van der Saar (201 xal) dördüncü, Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer (200 xal) isə 5-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti