Cavid Hüseynovun atası erməniləri harada və niyə döyüb? – NADİR FOTO

17 Yanvar 2021 14:40 Araşdırma 2 084
Cavid Hüseynovun atası erməniləri harada və niyə döyüb? – NADİR FOTO

Bu foto mənimlə yaşıddır. 1983-cü ilin 20 oktyabrında, Hadrutda çəkilib.

Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılmasının 60 illik yubileyi şərəfinə keçirilən oyunda «Cəbrayıl»la «Hadrut» üz-üzə gəlib.

Hadrut komandasının heyətinin böyük əksəriyyəti ermənilərdən təşkil olunmuşdu.

Fotonu dostumuz və bu oyunun iştirakçısı olmuş İltifat Cəbrayıllının sayəsində əldə etmişəm.

Fotoda Cəbrayıl komandası ağ formada yer alıb. Ortadakı 3 nəfər hakimlərdir və hər üçün ermənidir. Qara köynəkli hakimin düz yanında, yəni Cəbrayıl komandasında sırasında yer alan ilk futbolçu Sahib Quliyevdir.

Cəbrayılda onu daha çox Mirələm kimi tanıyırdılar. Sonralar Cəbrayıl polisində çalışıb, Qarabağ uğurunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, bir çox uğurlu əməliyyatlarda iştirak edib.

Xüsusilə məşhur "Şişdağ" əməliyyatında böyük şücaət göstərib. 22 yaralı əsgəri döyüş meydanından çıxarıb, yenidən döyüşə qayıdaraq, son damla qanına kimi vuruşub, qeyri-bərabər döyüşdə erməninin xeyli canlı qüvvəsini məhv edib.

Sonda isə əsir düşməmək üçün döyüş yoldaşı Famil Mehdiyevlə birlikdə son gülləsini özünə vuraraq, 23 yaşında şəhidlik zirvəsinə ucalıb.

Maraq üçün deyim ki, arxada təpədə oyunu izləyənlər arasında xalqımızın daha bir qəhrəman oğlu, şəhid Şakir Abbasov da var. Şakir Hüseynov futbolçu Cavid Hüseynovun atasıdır.

Cavidin babası o vaxt Cəbrayıl rayon idman komitəsinin sədri idi.

Oyuna gəlincə, matçın Hadrutda keçirilməsinə və hakimlərin ermənilər olmasına baxmayaraq, «Cəbrayıl» 2:1 hesabı ilə qələbə qazanıb. Oyundan dərhal sonra hansısa insident qeydə alınmasa da, erməni xisləti özünü göstərib.

Belə ki, Cəbrayıl komandası geri qayıdarkən, məğlubiyyəti həzm edə bilməyən bir qrup erməni gənc onların qabağını kəsərək, haqq-hesab çəkmək istəyib və tərəflər arasında əməlli-başlı dava düşüb.

Deyilənə görə, yaşca daha böyük olan və güləşlə məşğul olan Şakir Hüseynov bu davada xüsusi fəallıq göstərib və təkbaşına dörd ermənini yerdə sürüyüb.

Dava ilə bir şeyə nail ola bilməyəcəyini görən ermənilər Hadruta geri dönməli olub.

Anar Xanlarov

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu