Millinin futbolçu Avropanın yarımhəvəskar klubunda - FOTO

16 İyul 2020 10:10 Almaniya 1 082
Millinin futbolçu Avropanın yarımhəvəskar klubunda - FOTO

Azərbaycan millisinin sabiq futbolçusu Tuğrul Eratın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Almaniyanın Regional Liqasında çıxış edən "Rot-Vayss" ilə anlaşıb.

Klubun idman direktoru Patrik Bauder oyunçunun keçidi barədə danışıb. O, Eratın təcrübəsi sayəsində gənclərə yol göstərəcəyini və aparıcı futbolçulardan birinə çevriləcəyini söyləyib.

Tuğrul Erat Azərbaycan millisinin heyətində 4 oyunda meydanda olub. O, son olaraq, Türkiyənin "Bayrampaşa" klubunun formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti