“Barselona” və PSJ  onu havayı almaq istəyir

15 İyul 2020 15:32 Almaniya 761
“Barselona” və PSJ  onu havayı almaq istəyir

“Barselona” və PSJ “Bavariya”nın futbolçusu David Alaba ilə maraqlanır.

Sportinfo.az xəbər verir ki, həm İspaniya, həm də Fransa nəhəngi futbolçunu havayı əldə etməyi planlaşdırır.

Alabanın “Bavariya” ilə müqaviləsi 2021-ci ilin yayına qədər nəzərdə tutulub. “Barsa” və PSJ məhz həmin vaxta qədər gözləməyi, futbolçunu azad agent kimi heyətə cəlb etməyi düşünr. Ancaq “Bavariya” rəhbərliyi də avstriyalını heyətdə saxlamağı planlaşdırır.

Ona görə də, Alabaya yeni müqavilə təklif olunacağı deyilir. Amma futbolçunun, “Barselona” və PSJ-nin maraq göstərməsindən sonra bu təklifi qəbul edəcəyi şübhəlidir.

Üstəlik, onunla “Mançester Siti” də ciddi maraqlanır. Alaba “Bavariya”ya 2008-ci ildə “Austriya”dan keçib. 28 yaşlı futbolçu cari mövsümdə 28 oyunda meydana çıxıb, 1 qol vurub, 1 qol ötürməsi edib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var