Polis məşhur klubun futbolçusunun evinə girdi

3 İyul 2020 09:56 Almaniya 754
Polis məşhur klubun futbolçusunun evinə girdi

Almaniya polisi "Hamburq"un futbolçusu Bakeri Cattanın evinə girib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı qambiyalı yarımmüdafiəçi yaşayış icazəsi üçün saxta sənədlər təqdim etməkdə şübhəli bilinir.

2019-cu ilin istintaqında "Bild" Cattanın şəxsiyyətini şübhə altına alıb. Onun noyabrda 25 yaşı tamam olan Bakari Daffe olduğu irəli sürülüb. Hamburq polisi sentyabrda etibarlı məlumatın olmaması səbəbindən məsələ ilə əlaqədar istintaqı başa çatdırıb.

Nəşr həmin ay Cattanın 2015-ci ildə Bremenə gələrkən özünü Daffe kimi tanıtdığını bildirib. Bremen polisi məsələ ilə bağlı araşdırma başladıb, lakin sonradan istintaq bağlanıb.

Bakeri Catta 2016-cı ildən "Hamburq"un futbolçusudur. O, Qambiyada valideynsiz böyüdüyünü və 2015-ci ildə qaçqın böhranı zamanı Almaniyaya gəldiyini söyləyib. Yarımmüdafiəçi bu mövsüm II Bundesliqada 31 oyun keçirib və 4 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi