Ən yaxşı futbolçusu məlum oldu - Bundesliqanın

27 İyun 2020 00:28 Almaniya 571
Ən yaxşı futbolçusu məlum oldu - Bundesliqanın

"Bavariya"nın hücumçusu Robert Levandovski 2019/2020-ci illər mövsümündə Almaniya Bundesliqasının ən yaxşı futbolçusu seçilib.

Sportinfo.az xəbər verir ki, polşalı forvard nüfuzlu mükafat uğrunda mübarizədə Timo Verner ("Leyptsiq"), Ceydon Sanço, Erlinq Holand (hər ikisi "Borussiya" Dortmund), Kay Haverts ("Bayer") və Serj Qnabrini ("Bavariya") üstələyib.

Levandovski çempionatın startından sonra 11 tur ərzində fərqlənən ilk futbolçu kimi tarixə düşüb. 32 yaşlı forvard həm də Bundesliqadakı bütün rəqib komandaları 29 tur ərzində məyus edib.

O, hazırda 33 qol və 3 məhsuldar ötürmə ilə liderdir. Robert Levandovskinin qolları "Bavariya"ya ardıcıl 8-ci çempionluğunu təmin etməkdə yardımçı olub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi