Rekorda aparan dubl

20 İyun 2020 20:20 Almaniya 1 096
Rekorda aparan dubl

"Bavariya"nın futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.

Sportinfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, polşalı hücumçu Bundesliqada hazırda davam edən "Frayburq"la matçda dubla imza ataraq bu mövsüm ölkə çempionatında vurduğu qolların sayını 33-ə yüksəldib. Bununla da, o, Bundesliqa tarixində bir mövsümdə ən çox qol vuran legioner futbolçu olub. 31 yaşlı hücumçu bu göstəricidə Pyer-Emerik Obameyanqı (31 qol) geridə qoyub.

Qeyd edək ki, Bundesliqa tarixində ən çox qol vuran futbolçu isə Gerd Müllerdir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM