Azərbaycan millisinin legioneri limitini doldurdu

20 İyun 2020 16:28 Almaniya 571
Azərbaycan millisinin legioneri limitini doldurdu

Almaniya II Bundesliqa təmsilçisi “Ersgebirge”də çıxış edən Azərbaycan millisinin hücumçusu Dmitri Nazarov XXXIII turda evdə “Hannover”ə qarşı keçiriləcək görüşü buraxacaq.

Sportinfo.az xəbər verir ki, buna səbəb oyunçunun sarı vərəqə limitini doldurmasıdır.

Nazarov ötən tur Aue təmsilçisinin doğma meydanda “Boxuma” məğlub olduğu oyunun(1:2) iştirakçısı olub. Millimizin üzvü görüşün 73-cü dəqiqəsində sarı vərəqə görüb və növbəti oyunda cəzalı duruma düşüb.

Nazarovla yanaşı, komandanın yarımmüdafiəçisi Luis Samson da həmin qarşılaşmada “qırmızı” aldığı üçün “Hannover”ə qarşı görüşü buraxmalı olacaq.

33 turdan sonra “Ersgebirge” 41 xalla 11-ci, “Hannover” isə 45 xalla 7-ci sıradadır. Görüş sabah Bakı vaxtı ilə saat 17:30-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti