"Regensburq" millimizin futbolçusunu liqada saxladı

18 İyun 2020 12:16 Almaniya 742
"Regensburq" millimizin futbolçusunu liqada saxladı

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" Almaniya II Bundesliqasında gələn mövsüm üçün də yerini təmin edib.

Sportinfo.az xəbər verir ki, Aue təmsilçisi XXXII turda "Bohum"a 1:2 hesabı məğlub olsa da, liqada qalıb.

Buna səbəb 16-cı sırada qərarlaşan "Karlsrue"nin cari turda "Regensburq"a eyni hesabla məğlub olmasıdır. Nazarovun komandası sona iki tur qalmış rəqibindən 8 xal irəlidədir.

30 yaşlı hücumçu "Bohum"la görüşün 87-ci dəqiqəsində axilles dabanından zərbə alıb. Həmin zərbəni endirən Miloş Pantoviçə birbaşa qırmızı vərəqə göstərilib. Nazarovun özü isə 90+4-cü dəqiqədə əvəzlənib. Onun durumuna aydınlıq gəlməyib.

Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti