Yığmamızın üzvü "sarı" aldı, əvəzləndi, onu əvəzləyən isə…

17 İyun 2020 23:00 Almaniya 609
Yığmamızın üzvü "sarı" aldı, əvəzləndi, onu əvəzləyən isə…

Almaniya Bundesliqa II-də XXXII turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” ev matçına çıxıb.

Adıçəkilən komanda özündən cəmi 1 xal çox toplayan “Bohum”u qəbul edib. İlk hissədə 2 top fərqi ilə önə keçən qonaqlar səfərdən qalibiyyətlə ayrılmağa nail olub. "Aue"nin gücü yalnız görüşə əlavə edilmiş dəqiqələrdə vurduğu təsəlli qoluna çatıb - 1:2.

Oyuna start heyətində daxil olan Nazarov 90+4-cü dəqiqədə əvəzlənib. Məhz onun yerinə meydana girən Nyeqoş Kupoşoviç az sonra fərqi minimuma endirib.

Millimizin üzvü isə 73-cü dəqiqədə sarı vərəq ilə fərqlənib. "Aue" hazırda 41 xalla 10-cu pillədə qərarlaşır.

Digər Xəbərlər
Xəbər Lenti