Çempionatda yeni komanda – Aşağı kim düşdü?

17 İyun 2020 11:20 Almaniya 480
Çempionatda yeni komanda – Aşağı kim düşdü?

Almaniya Bundesliqasında 2020/21 mövsümünün yeni iştirakçılarından birinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, ikinci Bundesliqada mövsümün başa çatmasına iki tur qalmış çempionluğu təmin edən “Arminiya” (Byelefeld) növbəti mövsümdən elitada oynamaq hüququ qazanıb.

61 xalla zirvədə qərarlaşan bu komanda qalan oyunlarında məğlubiyyətlə üzləşsə belə, mövqeyini qoruyacaq. Bununla da “Arminiya” 11 illik fasilədən sonra yenidən əsas Bundesliqaya yüksəlib.

Sözügedən komanda sonuncu dəfə 2004-cü ildə Bundesliqaya çıxmış və 5 mövsümlük elita macərasından sonra yenidən 2-ci Bundesliqaya düşmüşdü.

Əsas Bundesliqada isə sona iki tur qalmış “Paderborn”un elitanı tərk etməsi dəqiqləşib. Sözügedən komanda 32-ci tur çərçivəsində səfərdə “Yunion”a minimal hesabla məğlub olmaqla mövsümü sonuncu pillədə bitirəcəyini rəsmiləşdirib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda