“Fənərbaxça”nın alman hücumçusu əməliyyat olundu

16 İyun 2020 00:28 Almaniya 1 015
“Fənərbaxça”nın alman hücumçusu əməliyyat olundu

“Fənərbaxça” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisinin hücumçusu Maks Kruse Türkiyə kubokunun yarımfinal mərhələsi çərçivəsində “Trabzonspor”a qarşı keçirəcəkləri cavab oyununda iştirak edə bilməyəcək.

Bu barədə klub prezidenti Ali Koç yerli mətbuata açıqlamasında məlumat verib. O, almaniyalı hücumçunun vəziyyətinin ötən gün qəfildən pisləşdiyini və təcili xəstəxanaya aparıldığını, appendisit əməliyyatı olunduğunu açıqlayıb. Bu üzdən də 32 yaşlı forvard qarşıdakı oyunlarda komandasına kömək edə bilməyəcək.

"Fənərbaxça” martın 3-də keçirilən “Trabzonspor”la yarımfinalın ilk oyununda 1:2 hesablı səfər məğlubiyyətinə üzülüb. Cavab qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti