Huşunu itirən hücumçu xəstəxanalıq oldu - FOTO

15 İyun 2020 11:06 Almaniya 500
Huşunu itirən hücumçu xəstəxanalıq oldu - FOTO

“Maynts”ın hücumçusu Tayvo Avoniyi ciddi zədə alıb.

Sportinfo.az xəbər verir ki, o, Bundesliqanın 31-ci turu çərçivəsində doğma meydanda qarşılaşdıqları “Auqsburq”la matçın 23-cü dəqiqəsində rəqib futbolçu ilə toqquşub.

Huşunu itirən futbolçu dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Elə yolda olarkən ayılan futbolçunun sağlıq durumunun yaxşı olduğu bildirilir.

Futbolçunun yaxın günlərdə məşqə başlaması gözlənilir. Amma onun növbəti oyunlarda meydana çıxıb-çıxmayacağı dəqiq bilinmir.

Sözügedən oyunda “Maynts” “Auqsburq”a minimal hesabla məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti