Nazarovun komandası 9-cu pilləyə düşdü - Yenə uduzdular

14 İyun 2020 22:40 Almaniya 489
Nazarovun komandası 9-cu pilləyə düşdü - Yenə uduzdular

Almaniya 2-ci Bundesliqasında 31-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etidiyi "Erzgebirge" səfərdə "Sankt Pauli" ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 66-cı dəqiqədə - 0:2 hesabı ilə geridə olduqları vaxt əvəzlənib.

"Erzgebirge" bu xal itkisi ilə 2 pillə geriləyərək 9-cu yerə düşüb. Aue təmsilçisinin 41 xalı var.

Digər Xəbərlər
Xəbər Lenti