Qola sevinən məşqçinin başına iş gəldi - VİDEO+FOTO

14 İyun 2020 13:20 Almaniya 753
Qola sevinən məşqçinin başına iş gəldi - VİDEO+FOTO

“Borussiya”nın baş məşqçisi Lusyen Favr zədələnib.

Sportinfo.az xəbər verir ki, hadisə Almaniya bundesliqasının 31-ci turunun dünən səfərdə “Fortuna”ya qarşı keçirilən oyununda baş verib.

Dortmundluların 1:0 hesablı qələbəsi ilə yekunlaşan görüşdə qolu 90+6-cı dəqiqədə Erlinq Holand vurub. Bu zaman isveçrəli mütəxəssis sevinərkən ayağından zədə alıb.

Favr ötən ilin noyabrında “Borussiya” (Münhenladbax) ilə matçda da qola sevinərkən zədələnmişdi. Hər iki halda problem onun sol ayağında yaşanıb.

Güman edilir ki, bu, 62 yaşlı mütəxəssisin futbolçu karyerası zamanı aldığı köhnə zədə ilə əlaqədardır.

Digər Xəbərlər
Xəbər Lenti