"Şalke" Çalhanoğlu ilə 4 illik müqavilə imzaladı

9 İyun 2020 00:28 Almaniya 860
"Şalke" Çalhanoğlu ilə 4 illik müqavilə imzaladı

"Hoffenhaym"ın futbolçusu Kerim Çalhanoğlu komandasını dəyişib.

Sportinfo.az xəbər verir ki, bu barədə 18 yaşlı yarımmüdafiəçi şəxsi "Instagram" səhifəsində paylaşım edib.

Türkiyəli oyunçu "Şalke"yə keçdiyini bildirib. O, Gelzenkirhen klubu ilə 4 illik müqavilə imzalayıb.

"Hoffenhaym"ın yetirməsi olan Kerim Çalhanoğlu cari mövsüm Almaniyanın U-19 liqasında 18 oyunda meydana çıxıb, 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, hazırda İtaliya "Milan"ında çıxış edən Türkiyə millisinin üzvü Hakan Çalhanoğlunun əmisioğludur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti