Riyaziyyatı pis oxuyub, Almaniya klubuna götürməyiblər - Kurtuanı

8 İyun 2020 15:32 Almaniya 542
Riyaziyyatı pis oxuyub, Almaniya klubuna götürməyiblər - Kurtuanı

"Fortuna"nın idman direktoru Luts Pfannenştil maraqlı açıqlama ilə gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, o, "Hoffenhaym"da skaut kimi çalışdığı dönəmdə - 2010-cu ildə "Real"ın indiki qapıçısı Tibo Kurtuanı məktəbdə riyaziyyatı pis oxuduğuna görə transfer etmədiklərini bildirib.

Pfannenştil HLN-ə açıqlamasında belə deyib: "Yeniyetmə vaxtlarında Kurtuanı izləyirdik. O vaxt Tibo müəyyən perspektiv vəd etsə də, təbii ki, ulduz olacağına heç kim təminat verə bilməzdi.

Nəhayət, komandaya cəlb etməyə qərar verdik. Amma məktəbdə riyaziyyatla bağlı ciddi problemləri olduğuna görə keçid alınmadı. Bizdə belə şeylər vacib idi".

Tibo Kurtua karyerasına 2009-cu ildə Belçikanın "Genk" klubunda başlayıb. 2 ildən sonra "Çelsi"yə transfer olunan qolkiper 3 il icarə əsasında Madrid "Atletiko"sunda top qovub. Daha sonra 4 il "zadəganlar"ın uğurları üçün çalışan əlcək sahibi 2018-ci ildən "Real"ın formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti