Millimizin futbolçusu keçmiş klubunu uduzdurdu - FOTO

7 İyun 2020 22:40 Almaniya 836
Millimizin futbolçusu keçmiş klubunu uduzdurdu - FOTO

Azərbaycan millisinin yarımmüdafiəçsi Dmitri Nazarovun klubu "Ersgebirge" Almaniya II Bundesliqasının XXX tur matçında "Karlsrue"ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, Aue şəhərindəki "Ertsgebirgeştadion"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 10-cu dəqiqədə Florian Krüger vurub. Nazarov start heyətində meydana çıxıb və 90-cı dəqiqədə yerini komanda yoldaşına verib.

Bu nəticədən sonra xalını 41-ə çadıran "Ertsgebirge" 7-ci pilləyə yüksəlib. Dmitri Nazarov "Ertgebirge"dən əvvəl 2013 - 2016-cı illərdə "Karlsrue"nin formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti