Eks "Bavariya"lı millimizin futbolçusunu silaha bənzətdi

7 İyun 2020 16:40 Almaniya 948
Eks  "Bavariya"lı millimizin futbolçusunu silaha bənzətdi

“Ersgebirge” futbol oynamağa bacaran komandadır. Onların yaxşı heyəti və Dmitri Nazarov kimi "silahlar"ı var”

Sportinfo.az xəbər verir ki, bu sözləri “Karslruhe”nin idman direktoru Oliver Kreutzer II Bundesliqanın 30-cu turu çərçivəsində Aue təmsilçisinə qarşı səfərdə keçiriləcək oyun öncəsi deyib.

1991-97-ci illərdə "Bavariya"da çıxış edən sabiq futbolçu görüşə yaxşı hazırlaşdıqlarını bildirib: “Çalışırıq ki, heyətdəki təcrübəli və gənc oyunçulardan səmərəli istifadə edək. Rəqibə təzyiq göstərəcək və sona qədər mübarizə aparacaq bir komanda yaratmaq istəyirik”.

Görüş iyunun 7-də baş tutacaq. Geridə qalan 29 turdan sonra Nazarovlu “Ersgebirge” 38 xalla 9-cu, “Karslruhe” isə 30 xalla 16-cı yerdə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti