Evə bərbər çağıran oyunçular futbolçular cərimələndi

5 İyun 2020 22:40 Almaniya 894
Evə bərbər çağıran oyunçular futbolçular cərimələndi

Almaniya Futbol Liqası (DFL) Dortmund "Borussiya"sının futbolçuları - Ceydon Sanço və Manuel Akancini cərimələyib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Futbolçuların cəzalanmasına onların karantin rejiminin qaydalarını pozması səbəb olub. Evə bərbər çağıran oyunçular daha sonra onlarla çəkdirdikləri fotonu sosial şəbəkədə paylaşıblar.

Bu zaman hər iki futbolçunun maskasız olduğu üzə çıxıb. Nəticədə DFL-in İntizam Komitəsi Sanço ilə Akancini cərimələyib. Cərimənin məbləği açıqlanmayıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM