Raul "Şalke"yə qayıdır?

4 İyun 2020 21:00 Almaniya 820
Raul "Şalke"yə qayıdır?

Baş məşqçi kimi “Real”ın ikinci komandası “Kastilya”nın baş məşqçisi Raul Qonzales sabiq klubu “Şalke”yə qayıda bilər.

Sportinfo.az xəbər verir ki, “kral klubu”nun əfsanəvi hücumçusunun Bundesliqa təmsilçisində baş məşqçi kimi fəaliyyət göstərmək ehtimalı yaranıb.

Hazırkı çalışdırıcı Devid Vaqnerin fəaliyyətindən narazı qalan Gelzenkirxen klubu bir neçə mütəxəssislə danışıq aparır ki, onlardan biri də Rauldur.

Onunla yanaşı, Ralf Ranqnik, Ralf Hazenhyuttl və Rojer Şmitd də namizədlər sırasındadır. Mövsümün sonunda “Şalke” adıçəkilən məşqçilərdən birinə həvalə oluna bilər.

Qeyd edək ki, Raul Qonzales 2010-2012-ci illərdə “Şalke”nin formasını geyinib. 42 yaşlı mütəxəssis ötən ildən “Kastilya”nın sükanı arxasındadır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti