Alman millimizin orta sahə adamını yükləmək istəməyib

2 İyun 2020 12:58 Almaniya 511
Alman millimizin orta sahə adamını yükləmək istəməyib

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun II Bundesliqanın XXIX turunda “Aue”nin heyətində “Heydenheym”lə səfər görüşündə meydana çıxmamasının səbəbi məlum olub.

Sportinfo.az xəbər verir ki, komandanın baş məşqçisi Dirk Şuster aparıcı oyunçunu yüklənməmək üçün bu addımı atdığını açıqlayıb.

Almaniyalı mütəxəssis Nazarovla yanaşı, əsas heyətin daha 3 oyunçusuna istirahət verdiyini, onların növbəti turda meydana çıxacaqlarını söyləyib. “Aue” XXX turda iyunun 7-də “Karlsrue”ni qəbul edəcək.

Dmitri Nazarovun ehtiyatda qaldığı “Heydenheym” – “Aue” qarşılaşması birincilərin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Yığmamızın üzvü çempionatın bərpasından sonra keçirdiyi 3 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu