Millimizin futbolçusunu oynatmayanda belə olur - VİDEO

1 İyun 2020 10:52 Almaniya 586
Millimizin futbolçusunu oynatmayanda belə olur - VİDEO

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Ertsgebirge" II Bundesliqada növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Aue təmsilçisi XXIX turda “Haydenhaym”ın qonağı olub.

Qarşılaşma Nazarovun komandasının 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 30 yaşlı hücumçu matçda iştirak etməyib və sonadək ehtiyat oyunçular skamyasında qalıb.

"Ertsgebirge" 38 xalla 8-ci, “Haydenhaym” isə 48 xalla 4-cü pillədə qərarlaşıb. Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır.

Digər Xəbərlər
Xəbər Lenti