"Bavariya"nın yarımmüdafiəçisi Premyer Liqada?

27 May 2020 21:00 Almaniya 939
"Bavariya"nın yarımmüdafiəçisi Premyer Liqada?

"Bavariya"nın futbolçusu Koranten Tolisso "Mançester Yunayted"ə keçə bilər.

Sportinfo.az "Manchester Evening News"a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İngiltərə klubu ilə müqavilə imzalamağa yaxındır. Bildirilib ki, "qırmızı şeytanlar" qışda fransalı oyunçunu icarəyə götürmək istəyib, ancaq bunu gerçəkləşdirə bilməyib.

Qeyd edək ki, Tolissa bu mövsüm "Bavariya"da 24 matçda 3 qol vurub, 5 qolun ötürməsini verib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM