COP29

"Futbolçularımın gözünün içinə baxdım, daha çox şey istədiklərini gördüm"

11 May 10:20 Almaniya 1 566
"Futbolçularımın gözünün içinə baxdım, daha çox şey istədiklərini gördüm"

“Oyundan sonra futbolçularımın gözünün içinə baxdım, daha çox şey istədiklərini gördüm”.

Sportinfo.az xəbər verir ki, bunu ötən gün “Roma”nı mübarizədən kənarlaşdıraraq Avropa Liqasının finalına vəsiqə qazanan “Bayer”in (Leverkuzen) baş məşqçisi Xabi Alonso “Reuters”ə açıqlamasında deyib.

Çalışdırıcı dünənki oyunda komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Komanda olaraq əla xarakter nümayiş etdirdik. Hələ üç titul qazanmaq şansımız var. Komandam isə hər üç titula layiqdir”.

Xabi Alonsonun “Bayer”i “Roma”ya iki oyunun nəticəsinə görə ümumi hesabda 4:2 qalib gəlib.

Nəticədə Almaniya təmsilçisi 49-cu matçını məğlubiyyətsiz keçirərək, “Benfika”nın 1963-1965-ci illərdəki uzunmüddətli Avropa rekordunu geridə qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:50 Çək və bizə göndər!
14 İyun 08:40 "Neftçi", EFA, ASTA...