“İdman TV”nin şərhçisi Bundesliqaya meyxana qoşdu - VİDEO

17 May 2020 11:40 Almaniya 1 055
“İdman TV”nin şərhçisi Bundesliqaya meyxana qoşdu - VİDEO

Almaniya Bundesliqasının bu gün bərpa olunan matçlarından Rur derbisi olan “Borusiya” (Dortmund) – “Şalke” oyununun sonluğu “İdman TV”nin şərhçisi İsmayıl Abdullayev tərəfindən özünəməxsus şəkildə sonlandırılıb.

Sportinfo.az xəbər verir ki, oyunun gedişatında “utan, ay koronavirus, gör, sən bizi nə günlərə salmısan” deyən tanınmış şərhçi yekun nitqini meyxana ilə tamamlayıb:

“Derbinin adı – Rur, qurtardı, getdi,

Qol oldu – vurhavur, qurtardı, getdi”.

Azarkeşsiz keçirilən Rur derbisinndə Dortmund klubu əzəli rəqibini 4:0 hesabı ilə darmadağın edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti