"Qarabağ"ın legionerləri "Sabah"la matçda forma geyinəcək?

24 Noyabr 2023 02:50 Qarabağ 875
"Qarabağ"ın legionerləri "Sabah"la matçda forma geyinəcək?

"Qarabağ" Premyer Liqanın 14-cü turda "Sabah"ın qonağı olacaq.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisinin Kabe-Verde millisində oynayan iki futbolçusu – Patrik Andrade və Leandro Andradenin bu matçda meydanda olmayacağı gözlənilir.

Buna səbəb odur ki, futbolçular Kabo-Verde millisinin düşərgəsindən yeni ayrılıb. Hər iki oyunçu bu gün "Qarabağ"a qoşulub.

“Sabah” – “Qarabağ” matçı sabah “Bank Respublika Arena”da keçiriləcək və matça 20:00-da start veriləcək.

Kabe-Verde millisi sonuncu matçında noyabrın 21-də Esvatiniyə qarşı oynayıb və 2:0 qalib gəlmişdi. Bu görüşdə Patrik Andrade 61-ci, Leandro Andrade isə 77-ci dəqiqədə meydana çıxmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda