1 milyon avroluq ianə etdi

22 Mart 2020 01:52 Almaniya 712
1 milyon avroluq ianə etdi

“Bavariya”nın daha bir futbolçusu koronavirus pandemiyasına qarşı mübarizədə maddi yardımı ilə diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, Münhen təmsilçisinin əsas qol silahı Robert Levandovski koronavirusla mübarizəyə 1 milyon avro ayırıb.

Polşa yığmasının hücumçusu bunu həyat yoldaşı ilə birgə həyata keçirib. Levandovski Almaniya mətbuatına açıqlamasında bu xeyirxah addımlarını belə şərh edib:

“Yaşanan ciddi və çətin durumun fərqindəyik. Artıq hər birimiz eyni komandanın heyətində mübarizə aparırıq. Bu mübarizəyə dəstək verə biləcək hər kəsdən yardım gözləyirik”.

Daha öncə Levandovskinin komanda yoldaşları Leon Qoretska ilə Yozua Kimmix də ikilikdə koronavirusa qarşı mübarizəyə 1 milyon avroluq yardım etmişdilər.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"