Millimizin futbolçusunu əvəzlədikdən sonra… - VİDEO

10 Mart 2020 12:16 Almaniya 775
Millimizin futbolçusunu əvəzlədikdən sonra… - VİDEO

Almaniya 2-ci Bundesliqasında 25-ci turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” klubu da növbəti matçına çıxıb.

Aue təmsilçisi səfərdə Drezden “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2. Nazarov da bu matçın iştirakçısı olub.

O, start heyətdə meydana çıxıb və 65-ci dəqiqədə əvəzlənib. Sari mövsümdə 8 qola imza atan millimizin üzvü bu dəfə fərqlənə bilməyib. 25 turdan sonra 34 xala malik “Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!