Məşqdə ara qarışdı, komanda yoldaşını döydü - FOTO

30 Yanvar 2020 18:06 Almaniya 982
Məşqdə ara qarışdı, komanda yoldaşını döydü - FOTO

“Bavariya”nın məşqində insident baş verib.

Sportinfo.az xəbər verir ki, Münhen nəhənginin futbolçuları dalaşıblar. Dava Jerom Boatenqlə Leon Qoretska arasında olub.

Məlumata görə, davaya səbəb Qoretskanın Boatenqə qarşı sərt oynaması olub. Bundan qəzəblənən Jerom komanda yoldaşına hücum edərək onun sifətinə zərbə endirib.

Robert Levandovski ilə Tomas Müllerin müdaxiləsindən sonra tərəfləri ayırmaq mümkün olub. “Bavariya”nın insidentə görə futbolçuları cəzalandırmayacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti