25 milyona transfer etdi

28 Yanvar 2020 00:10 Almaniya 814
25 milyona transfer etdi

Almaniyanın "Herta" klubu yeni transferini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Berlin təmsilçisi "Lion"un yarımmüdafiəçisi Lyuka Tuzarı transfer edib.

Klub saytı 22 yaşlı futbolçu ilə uzun müddətli müqavilə imzalandığını açıqlayıb. Tuzarın keçidi Bundesliqa klubuna 25 milyon avroya başa gəlib.

Fransalı oyunçu "Herta"ya 2020-ci ilin iyulunda qoşulacaq. Tuzar 2015-ci ildə "Valensyen"dən "Liona"a keçmişdi.

Digər Xəbərlər
Xəbər Lenti