"Barselona"nın yetirməsi "Leypsiq"ə keçdi - RƏSMİ

25 Yanvar 2020 18:53 Almaniya 656
"Barselona"nın yetirməsi "Leypsiq"ə keçdi - RƏSMİ

Zaqreb "Dinamo"sunun hücumameylli yarımmüdafiəçisi Daniel Olmo bundan sonra "Leypsiq"in uğurları üçün çalışacaq.

Sportinfo.az xəbər verir ki, Almaniya klubu İspaniya millisinə yenicə dəvət alan 22 yaşlı futbolçu ilə rəsmi müqavilə bağlayıb.

Yeni klubunda 25 nömrəli futbolkada çıxış edəcək Olmonun "öküzlər"lə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub. Pireneylinin keçidi almanlara bonusla birlikdə 35 milyon avroya başa gəlib.

Olmo İspaniya nəhəngi "Barselona"nın yetirməsi olsa da, Kataloniya klubunda 1 görüş keçirməyib. Milli komandada debüt oyununda isə qol vurub - AÇ-2020-nin Malta ilə (7:0) qarşılaşmasında.

Digər Xəbərlər
Xəbər Lenti