Haland Bundesliqanın tarixinə düşdü - VİDEO

25 Yanvar 2020 13:14 Almaniya 1 372
Haland Bundesliqanın tarixinə düşdü - VİDEO

Dortmund "Borussiya"sının yeni forvardı Erlinq Haland Almaniya Bundesliqasının tarixinə düşüb.

Sportinfo.az xəbər verir ki, bu, çempionatın 19-cu turunun "Köln"lə ev qarşılaşmasında qeydə alınıb.

Görüşdə dubl edən 19 yaşlı norveçli forvard Bundesliqada çıxdığı iki oyuna 5 qol vuran ilk oyunçu olub. Haland Dortmund klubunun 5:1 hesabı ilə qələbə qazandığı matçda meydana fasilədən sonra - 65-ci dəqiqədə çıxıb.

Almaniya nəhəngi Norveç yığmasının üzvünü 2019-cu ilin dekabrında 20 milyon avro qarşılığında “Zalsburq”dan transfer edib. Tərəflər arasında 4 illik müqavilə bağlanıb.

Digər Xəbərlər
Xəbər Lenti