"Niyə seçmədin” sualına cavab: “Bu, gülməlidir”

15 Yanvar 2020 15:14 Almaniya 694
"Niyə seçmədin” sualına cavab: “Bu, gülməlidir”

Bir müddət əvvəl “Zalsburq”dan “Borussiya”ya (Dortmund) transfer olunan Erlinq Haland açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted”in də hədəfində olan futbolçu “qırmızı şeytanlar”ı niyə seçmədiyi ilə bağlı suala belə cavab verib:

“Bu, gülməli sualdır. Özümü burda yaxşı hiss edəcəyimi düşündüyüm üçün “Borussiya”nı seçdim. “Borussiya” böyük bir klubdur, buranı sevirəm. Bu komanda haqqında danışarkən, gülümsəyirəm, bu, ən yaxşı səbəbdir.

Burada hər şey xoşuma gəlir. Bundesliqa çox yaxşı futbolçuların mübarizə apardığı çempionatdır. Düşünürəm ki, bu çempionatda iştirak etmək mənə uyğundur”.

Digər Xəbərlər
Xəbər Lenti