Almaniyada ilk dövrənin ən yaxşısı müəyyənləşdi

6 Yanvar 2020 21:50 Almaniya 785
Almaniyada ilk dövrənin ən yaxşısı müəyyənləşdi

Almaniya Bundesliqasında mövsümün geridə qalan ilk hissəsinin ən yaxşı futbolçusu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, “Bavariya”nın hücumçusu Robert Levandovski “Kicker” nəşrinin apardığı sorğuda 1-ci yeri tutub.

Polşa yığmasının lideri 239 futbolçu arasında lider olub. 31 yaşlı forvard mövsümün ilk yarısında Bundesliqada 19 qol vurib. O, respondentlərin 47,7 faizinin səsini qazanıb.

Almaniya millisi və “Leypsiq”in hücumçusu Timo Verner (14,6%) ikinci, Dortmund “Borussiya”sının ingilis yarımmüdafiəçisi Ceydon Sanço isə 6,7 faiz səslə üçüncü adına yiyələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti