"Bavariya"ya keçdi, kapitanlığı əlindən alındı

4 Yanvar 2020 18:35 Almaniya 907
"Bavariya"ya keçdi, kapitanlığı əlindən alındı

"Şalke"nin qapıçısı Aleksandr Nübel kapitanlıq sarğısından məhrum edilib. Sportinfo.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna 23 yaşlı qolkiperin "Bavariya" ilə müqavilə bağlaması səbəb olub.

Komandanın baş məşqçisi Devid Vaqner də xəbəri təsdiqləyib: "Nübellə danışdıq, kapitanlıq sarğısını təhvil verəcək. Yeni kapitanımız isə Omar Maskreldir".

Qeyd edək ki, "Şalke" ilə yeni müqavilə şərtlərində razılığa gələ bilməyən Nübel "Bavariya" ilə 5 illik sözləşmə imzalayıb. Almaniya millisinin qapıçısı Münhen təmsilçisinə bu ilin yayında qoşulacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı