"Yanvarda transferlərdə çox da aktivlik gözləmirik”

31 Dekabr 2019 15:15 Almaniya 788
"Yanvarda transferlərdə çox da aktivlik gözləmirik”

“Bavariya”nın idman direktoru Hasan Salihamiciç Münhen təmsilçisinə transfer olunacağı iddia olunan “Mançester Siti”nin futbolçusu Leroy Sane haqda açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “Bild” nəşrinə danışan Salihamiciç qış fasiləsində transferdə aktiv olmayacaqlarını deyib:

“Sane? Digər klubların futbolçuları haqda danışmaq istəmirəm. Gözləyək, görək nə olur. Yanvarda transferlərdə çox da aktivlik gözləmirik”.

“Mançester Siti” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Sane, zədə səbəbindən bu mövsüm Premyer Liqada heç bir oyunda iştirak etməyib.

Digər Xəbərlər
Xəbər Lenti