Qışın ilk transfer "bomba"sını "Borussiya" partlatdı

29 Dekabr 2019 19:00 Almaniya 1 314
Qışın ilk transfer "bomba"sını "Borussiya" partlatdı

Qış fasiləsinin ilk transfer "bomba"sını "Borussiya" partladıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Dortmund təmsilçisi "Zalsburq"un hücumçusu Erlinq Halandı heyətinə qatıb. Bundesliqa klubu 19 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb. Almanlar Norveç millisinin üzvü üçün Avstriya təmsilçisinə 30 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, bu mövsüm həm Avstriya çempionatında, həm də Çempionlar Liqasında vurduğu qollarla diqqət çəkən istedadlı hücumçu ilə "Mançester Yunayted" və "Yuventus" kimi Avropa nəhəngləri də maraqlanırdı.

Digər Xəbərlər
Xəbər Lenti