"Bavariya"nı o çalışdıracaq - RƏSMİLƏŞDİ

22 Dekabr 2019 19:28 Almaniya 1 116
"Bavariya"nı o çalışdıracaq - RƏSMİLƏŞDİ

"Bavariya"da baş məşqçi məsələsi həllini tapıb.

Sportinfo.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Hans Flik cari mövsümün sonuna kimi komandanı çalışdıracaq. Bu barədə qərar Münhen təmsilçisinin baş direktoru Karl-Haynts Rummenige, idman direktoru Hasan Salihamidziç və Flik arasında keçirilən üçtərəfli danışıqlardan sonra verilib.

Məsələylə bağlı açıqlama verən Rummenige baş məşqçinin işindən razı olduqlarını söyləyib: "Komandanın həm oyunundan, həm qazandığı nəticələr bizi razı salır. Ümid edirəm ki, növbəti ildə də vəziyyət bu cür davam edəcək".

Salihamidziç isə Flikin onların etimadına layiq olduğunu bildirib: "Əminəm ki, biz onunla çempionatda, kubokda və Çempionlar Liqasında uğur qazana bilərik".

Qeyd edək ki, Flik "Bavariya"nın sükanı arxasında Niko Kovaçı əvəzləyib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti