"Bavariya" və "Borussiya" rəqiblərini darmadağın etdi

14 Dekabr 2019 21:30 Almaniya 1 099
"Bavariya" və "Borussiya" rəqiblərini darmadağın etdi

Futbol üzrə Almaniya bundesliqasında 15-ci turun oyunları davam edir. Bir qədər əvvəl başa çatan "Bavariya"- "Verder" matçında münhenlilər rəqibi 6:1 hesabı ilə darmadağın edib. Sportinfo.az xəbər verir ki, Levandovski və Koutinyo bu görüşdə hərəyə 2 qol vuraraq dubl edib.

Bu qələbədən sonra "Bavariya" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. Çempionluğa digər iddialı komanda - Dortmund "Borussiya"sı isə səfərdə "Mayns"a 4 cavabsız qolla qalib gəlib. Hazırda dortmundlular 29 xal turnir cədvəlində 3-cü sıradadır. Bundesliqanın lideri isə hesabında 31 xalı olan Münhenqladbax "Borussiya"sıdır.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM